AZ

İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub...

Poliqon xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Bildirildi ki, uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, ŞuşaLaçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

***

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Poliqon.info

Seçilən
36
14
poliqon.info

5Mənbələr