AZ

Çindən avtomobil gətirənlərin nəzərinə! – VİDEO

Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub. 

Viral.az xəbər verir ki, 40-45 günə çatdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdir ki, sərhəddə ləngiyir. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif edirlər.

Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov deyir ki, problemin səbəbini öyrənmək üçün, nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.

Son Yazılar:

Onun sözlərinə görə, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçirirlər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmur.

O bildirib ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir (qafqazinfo.az). 

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 

Seçilən
34
29
viral.az

10Mənbələr