Venesuela məhkəməsi Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verib.
"Report" TASS-a istinadən xəbər verir ki, order Buenos-Ayresdə olan Venesuelanın Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlıdır.
Venesuela Baş Prokurorunun sözlərinə görə, Argentina lideri xüsusilə ağır oğurluqda ittiham olunur.
Argentina Xarici İşlər Nazirliyi isə təyyarənin ABŞ-yə təhvil verilməsi ilə bağlı qərarın Argentina məhkəməsi tərəfindən verildiyini nəzərə alaraq, Miley ilə bağlı istintaqı əsassız adlandırıb.