AZ

Həbs edilən repçi intihar etmək istəyib

İnsan alveri ittihamı ilə bir neçə gün əvvəl həbs edilən repçi Pi Diddi (əsl adı Şon Kombs) intihara cəhd şübhəsi ilə müşahidə altındadır.

OLAY “Page Six” nəşrinə istinadən yazır ki, hakim musiqiçinin zaminə buraxılmasını rədd etdikdən sonra intihara cəhdin qarşısını almaq üçün Pini nəzarətə götürülüb. 

Repçiyə yaxın mənbə nəşrə bildirib ki, hazırda Diddi şok vəziyyətindədir. Onun psixoloji cəhətdən özünü necə hiss etdiyi hələ də bəlli deyil, amma intiharın qarşısını almaq üçün ciddi tədbirlər görülüb.

Aydınlaşdırılır ki, bu cür nəzarət intihara meylli olan və tez-tez nəzarətə ehtiyacı olan məhbuslar üçün normal təcrübədir.

O da məlumdur ki, Şon hazırda 1994-cü ildə açılmış Nyu-York Metropolitenində saxlanılır. Təəssüf ki, bu yer pis reputasiyaya malikdir: iyrənc saxlanma şəraiti, pis qidalanma, məhbuslara qarşı tez-tez zorakılıqdan əlavə, burada bir çox intihar halları da qeydə alınıb. Bəziləri bu həbsxananı “yer üzündə cəhənnəm” kimi qələmə verirlər.

Bir sözlə, Pi üçün işlər həqiqətən pisdir. Həmçinin daha əvvəl bildirilib ki, P.Diddi həbsdə olarkən ona lazım olan müalicəni alır.

Qeyd edək ki, Pi Diddi, cinsi təcavüz, fahişəliyə çağırış, qeyri-qanuni maddələr və odlu silahların yayılmasında ittiham olunur.  Bu yaxınlarda musiqiçinin ABŞ-dakı evlərində axtarış aparılıb.

Seçilən
14
1
olay.az

2Mənbələr