AZ

Nazir idarə rəisini işdən çıxardı - "Tuz Qəşəm" əməliyyat keçirib?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat Uçot İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin əmri ilə hərbi polkovnik Flora Niftiyeva Qəzənfər qızı Maliyyə İqtisadiyyat Baş İdarəsinin Mühasibat Uçot İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Məlumata görə, FHN-nin nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli ilə tanınan Qəşəm Məmmədovun sözügedən idarədə keçirdiyi yoxlamadan sonra idarənin rəisi vəzifəsindən azad olunub.

Flora Niftiyeva vəzifəsindən azad edilməsi ilə bağlı məlumatı təsdiqləyib. Xanım polkovnik bildirib ki, vəzifəsindən yoxlamaya görə deyil, son yaş həddi ilə əlaqədar azad edilib:

"Mən 4 il əvvəl səhəttimlə bağlı rəhbərliyə (Nazir Kəmaləddin Heydərov-red.) müraciət etmişdim. Amma sağ olsunlar, təqaüd yaşım çatandan sonra müraciətim qəbul edildi".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
18
bakupost.az

10Mənbələr