AZ

Yamal Çempionlar Liqasının tarixinə DÜŞDÜ

“Barselona”nın futbolçusu Lamin Yamal tarixə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, o, Çempionlar Liqası (ÇL) tarixinin ən gənc ikinci qolçusu olub.

İspaniya millisinin üzvü bunu I turda “Monako” ilə keçirilən səfər görüşündə reallaşdırıb. Çempionlar Liqasındakı debüt qarşılaşmasının 28-ci dəqiqəsində fərqlənən Yamal 17 yaş 68 günlüyündə bunu bacarıb. O, yalnız komanda yoldaşı Ansu Fatidən geri qalır. Fati daha əvvəl 17 yaş 40 günlüyündə qitənin ən nüfuzlu klub turnirində qol sevinci yaşayıb.

Qeyd edək ki, “Barselona” səfər matçında “Monako”ya 1:2 hesabı ilə məğlub olub.

Seçilən
96
45
bakivaxti.az

10Mənbələr