AZ

"O müqəddəs bayraq İrəvanda da asılacaq" - Pənah Hüseyn

"20 sentyabr 1923-də Xankəndinin azad olunaraq Qarabağın Ermənistanın işğalından və erməni işğalçılarından tam və qəti şəkildə təmizlənməsi çoxəsrlik Qarabağ müharibəsində Azərbaycanın həqiqi Qələbə günüdür".

Bakupost.az xəbər verir ki, bunu AXP sədri Pənah Hüseyn bildirib.

O qeyd edib ki, düşmənin həqiqi təslim aktı da işğalçı silahlı qüvvələrin qeyd-şərtsiz tərkisilahı və qondarma "artsax" rejiminin buraxılması haqqındakı aktdır:

"Mövcud bütün problem və çətinliklərə baxmayaraq, bu Qələbə möhtəşəmdir! Problemlər həll olunacaq, çətinliklər aradan qalxacaq. Qələbələr isə nə qədər ki, Azərbaycan var əbədiyyən qalacaqdır! Uca millətimizi bu Böyük Gün münasibətilə təbrik edirəm. ...Və o müqəddəs bayraq İrəvanda da asılacaqdır!"


Zaur
BakuPost
Seçilən
12
1
bakupost.az

2Mənbələr