AZ

ÜÇ KOLLECƏ DİREKTOR TƏYİN EDİLDİ - Adlar + DOSYE

Azərbaycanda 3 kollecə direktor təyinatı olub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb..Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova isə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində almış, magistratura səviyyəsini isə "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə bitirmişdir. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.Xatirə Məlikova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dillər Universitetində təhsil almışdır. Hazırda "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. O, 2009-2022-ci illərdə İsmayıllı rayon Tircan kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. X.Məlikova 2022-ci ildən bu təyinatadək Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir.Elşad Əhmədov 2012-ci ildə “Rəngkarlıq” ixtisası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bakalavriat təhsili almışdır. Daha sonra 2012-2018-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında “Dəzgah rəngkarlığı” ixtisası üzrə təhsil almışdır. 2023-cü ildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
49
mediaxeberleri.az

10Mənbələr