İsrailin Livana endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının ali rəhbərliyindən 20-yə yaxın komandir məhv edilib.
32gun.az bildirir ki, bu barədə Axios məlumat yayıb.
Portalın mənbəsi bəyan edib ki, İsrail rəhbərliyi Livanla sərhəddəki vəziyyəti hərbi eskalasiya mərhələsi olmadan diplomatik yolla həll edə bilməyəcəyi qənaətinə gəlib.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının rəhbəri Herzi Halevinin Livanla sərhədə yaxın şimal cəbhəsində müharibənin davam etdirilməsi planlarını təsdiq etdiyi məlum olub . İsrail ordusu Livanın cənubunda "Hizbullahın terror imkanlarını və infrastrukturunu zəiflətmək və bütün hərbi məqsədlərə nail olmaq üçün" zərbələr endirib.
Daha sonra belə bir məlumat ortaya çıxdı ki, İsrail hakimiyyəti şiə təşkilatı Hizbullah üzvlərinə peycer və digər avadanlıqların silsilə partlayışlarından az əvvəl Livandakı əməliyyatla bağlı ABŞ-a xəbərdarlıq edib.
Ayxan
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less