AZ

Ödəniş terminallarında komissiya haqqı tutulur? – Rəsmi cavab

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən “MilliÖn” və “E-manat” ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqı tutulur. Xüsusilə kredit ödənişlərində komissiya haqqının tutulduğu bildirilir.

Vətəndaşlar komissiya haqqının qəbzlərdə əks olunmamasından narazıdırlar.

NOCOMMENT.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı “MilliÖn” şirkəti ilə əlaqə saxlayıb.

Şirkətdən bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənib. Bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur.

“Bu komissiya isə bankın istəyi əsasında tətbiq olunur. Komissiyanın qəbzdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”, – açıqlamada qeyd olunub.

Seçilən
19
20
nocomment.az

10Mənbələr