AZ

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? – VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir.

Yenicag.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulur. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

Məsələ ilə bağlı əvvəlcə “E-manat”la əlaqə saxlanılıb. Şirkətdən “Xəzər Xəbər”ə bildirilib ki, bu komisiya onlara aid deyil. “E-manat” terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir. Hər hansı bir komissiya tutulursa, müştəri “İnfo” bölməsində komissiyanın bank, yaxud da E-manat tərəfindən tutulduğunu aydın şəkildə görə bilər. Qeyd edilən bütün xidmətlər üzrə terminal interfeysində komissiyanın bank tərəfindən olduğu qeyd olunub. O da əlavə edilib ki, bütün xidmətlər üzrə fərqli komissiya faizi tətbiq olunur.

“MilliÖn” şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək qeyd edilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur: “Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”.

 

 

Seçilən
32
18
yenicag.az

10Mənbələr