London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.
Sfera.az xəəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Əvvəllər hesab olunurdu ki, şirniyyatlar, o cümlədən şokolad dəri səpgilərinə səbəb ola bilər. 1960-cı illərdə elm adamları şokolad və sızanaqlar arasında birbaşa əlaqəni təsdiqləməyən bir təcrübə aparıblar. Lakin metodologiyadakı çatışmazlıqlara görə nəticələr tənqid edilib. London Kral Kollecinin yeni araşdırmasında məlum olub ki, şokoladın özü sızanaqların əsas səbəbi deyil.
King's College London dermatoloqu Baybey Doo-Harpur, sebum istehsal edən yağ bezlərinin ölçüsünün genetik olaraq təyin olunduğunu izah edib. Xarici amillər də sızanaqların miqdarına təsir göstərir. Daimi zəif qidalanma - şirin, yağlı və karbohidratlı qidalardan sui-istifadə - dərinin vəziyyətinə mənfi təsir göstərə bilər. Bu cür qidalanma qan şəkərinin səviyyəsini yüksəldir və insulin istehsalını artırır, bu da öz növbəsində sebum istehsalına və tıxanmış məsamələrə təsir edə bilir.
Həmçinin, sızanaq provakatorları yüksək glisemik indeksi (GI) olan qidalar ola bilər - çörək, pasta, makaron, qənnadı məmulatları. Lakin alimlərin fikrincə, şokoladın aşağı və ya orta glisemik indeksi var, ona görə də onu iltihabın təhrikçisi hesab etmək olmaz.
İnci
Sfera.az