AZ

Almaniya bu silahı Ukraynaya verməkdən yenidən imtina etdi

Almaniya höküməti uçuş məsafəsi təxminən 500 km olan "Taurus" qanadlı raketlərinin Kiyevə verməkdən yenidən imtina edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz çıxışı zamanı deyib.

“Çoxları mənə təzyiq etsə də, mən Ukraynaya Moskvaya çata bilən qanadlı raketləri verməyəcəyəm " - kansler deyib.

O, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yollarının araşdırılmasının vacibliyini vurğulayıb.


Müəllif: Arzu
Seçilən
90
11
teleqraf.com

10Mənbələr