1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-də Hollivud blokbasterinin süjetinə layiq inanılmaz hadisə baş verib. Belə ki, yerli polis departamentinin ən son əldə etdiyi robot-polis təhlükəli silahlı cinayətkarla mübarizəyə girişib və qələbə qazanıb.
Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, hadisə Texas ştatında qeydə alınıb.
Bildirilir ki, adı hələ açıqlanmayan cinayətkar elektron bilərziyini kəsdikdən sonra axtarışda olub.
Məlumata görə, cinayətkar robota tapança ilə atəş açıb, lakin güllələr mexaniki qanun keşikçisinə heç bir zərər vurmayıb. Bundan sonra cinayətkar robotu zərərsizləşdirmək üçün onun üstünə mələfə atır, lakin bu cəhdin də xeyri olmayıb: robot-polis gözyaşardıcı qaz tətbiq edərək cinayətkarı tez bir zamanda tərksilah edib və yerə sıxaraq təslim olmağa məcbur edib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.