Təxminən bir ildir Qəzza zolağı və İordan çayının qərb sahilində on minlərlə fələstinli mülki vətəndaşı qətlə yetirən İsrail ordusu dünən Ceninin Kabatiya qəsəbəsində keçirdiyi əməliyyatdan sonra fələstinliləri binanın damından aşağı atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, damdan atılan fələstinlilərin həmin vaxt öldüyü və ya yaralandığı məlum deyil.
Associated Press (AP) xəbər agentliyi, İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Kabatiya qəsəbəsində keçirdiyi əməliyyatdan sonra evin damında hərəkətsiz vəziyyətdə uzanan fələstinlilərin yerə yıxıldığını açıqlayıb. Agentliyin əldə etdiyi video qeyddə hələ yaşadığı məlum olmayan fələstinlilərin bir binanın terrasından təpiklənərək aşağı atıldığı görünür. Hadisə şahidləri bildiriblər ki, fələstinlilərin cəsədləri İsrail buldozerləri tərəfindən hadisə yerindən götürülüb. İsrail ordusu hadisənin beynəlxalq mediaya əks olunmasından sonra verdiyi açıqlamada istintaq açıldığını ifadə edib.