AZ

"Təəssüf ki, azarkeşlərimizə qələbə yaşada bilmədik"

"Əvvəlcə bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Təəssüf ki, azarkeşlərimizə qələbə yaşada bilmədik".

 

Modern.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VII turunda səfərdə "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

O, qısa müddət ərzində komandanın toparlanacağını bildirib: "Bunun üçün əlimdən gələni edəcəyəm. Bugünkü görüşdə topa daha çox sahib olmaq və hücum etmək istəyirdik. Lakin, bunu istədiyimiz kimi reallaşdıra bilmədik. Buna rəqibin gücü də təsir etdi. "Qarabağ"ı daha irəlidə sıxmaq niyyətindəydik, amma alınmadı. Ağdam təmsilçisi çox yaxşı mövqe müdafiəsi qura bilir".

 

Ukraynalı mütəxəssis komandada birinci kapitanın Ramil Şeydayev olduğunu söyləyib: "Bu, mənim şəxsi qərarımdır".

 

R. Qriqorçuk komandasına inandığını vurğulayıb: "Mən rahatam, əlimdən gələni edəcəyəm. Rəhbərliklə müzakirələr aparırıq. Onlar müsbət addımlar atırlar və mənə dəstək olurlar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
modern.az

1Mənbələr