AZ

ABŞ-dən Rusiya və Çinə cavab: Alyaskaya əlavə qüvvələr göndərildi

Dünayada yeni və daha dəhşətli münaqişə ocağı yarana bilər.

Politico-nun yaydığı məlumata görə, ABŞ Alyaskaya əlavə qüvvələr köçürməyə başlayıb. Rəsmi Vaşinqton bu qərarı Rusiya Federasiyası və Çinin məlum regionda fəaliyyətinin fəallaşması ilə əlaqələndirib.

“ABŞ silahlı qüvvələri Alyaska yaxınlığında mövcudluğunu tədricən artırır, ora esmines və uzaqmənzilli raket sistemi ilə təchiz olunmuş ordu bölməsi göndərib”, - məqalədə yazılıb. 

Müəllifin fikrincə, Vaşinqton “Sterett” esminesini də bölgəyə göndərib. Jurnalistlər əmin olduqlarını bildiriblər ki, Amerika tərəfi Moskva və Pekinin hərəkətlərinə cavab olaraq müvafiq qərar qəbul edib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
news365.az

8Mənbələr