Buz dəridəki ləkələri, doğuşdan sonra qalan çapıqları və yanıq ləkələrinə müsbət təsir göstərir. Üzü buz qəlibləri ilə masaj etmək xüsusu ilə faydalıdır. Xüsusi bir aparatla buz parçalarını dərinin alt təbəqələrinə yerləşdirilir. Beləcə o dəri təbəqəsinin öz-özünü yeniləməsini təmin edir və ləkələr yox olur. Bu üsul gözəllik mərkəzlərində tətbiq olunur.
Mütəxəssislər soyuq havanın baş ağrılarına yaxşı təsir etdiyini irəli sürüb. Onlar hesab edir ki, buz parçası ilə alına kompres etmək həssas sinirləri yumşaldıb sakitləşdirir. Bundan başqa, yanağa qoyulan kiçik buz parçası diş ağrılarını da azalda bilir.
Saç tökülməsinin qarşısını almaq üçün baş dərisinə buz parçası yerləşdirin. Mütəxəssislər iddia edir ki, bu üsul baş dərisindəki damarların büzülməsinə və beləcə saç köklərinin möhkəmlənməsinə səbəb olur.
“Kriyoterapi” (buz müalicəsi) ilə bədəndəki müxtəlif revmatizm və başqa ağrıları azaltmaq mümükndür. Çünki soyuq buz damarları sıxlaşdırır və hər cür ağrıları yox edir. Bunu təkcə xəstəxana şəraitinə deyil, evdə də tətbiq etmək olar.
Avropanın qərb bölgələrində mənfi 10 dərəcə soyuq otaqlar xəstələr üçün istifadə edilir. Xəstələr 2 dəqiqə otaqlarda qalır. Bu üsul ürək xəstəlikləri olan insanlara yaxşı təsir göstərir (allergiyası olanlar istisnadır)./publika.az