Modern.az saytı xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki "Meydan" restoranında keçirıləcək.
Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.
Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. O, tanınmış jurnalist Kərim Kərimlinin oğludur. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.
Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb. Onun ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
10Mənbələr
-
yenigundem.azXankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir - FOTO ( 11209630)
-
avropa.infoXankəndidə İLK TOY – Tanınmış jurnalistin oğlu bu gün evlənir ( 11201218)
-
7news.azXankəndidə ilk toy onların olacaq - FOTO ( 11195080)
-
ucnoqta.azXankəndidə ilk toy - Tanınmış jurnalistin oğlu bu gün evlənir - FOTO ( 11194933)
-
bakupost.azXankəndidə ilk TOY – Tanınmış jurnalistin oğlu bu gün evlənir – FOTO ( 11194912)
-
korrespondent.azXankəndidə ilk TOY - TANINMIŞ JURNALİSTİN OĞLU EVLƏNİR, FOTO ( 11194801)
-
hurriyyet.azXankəndidə ilk TOY – Tanınmış jurnalistin oğlu bu gün evlənir –FOTOLAR ( 11194765)
-
sherg.azXankəndidə ilk toy: AYB-nin üzvü evlənir ( 11193973)
-
arantv.azXankəndidə ilk TOY – Tanınmış jurnalistin oğlu bu gün evlənir –FOTOLAR ( 11193946)
-
buta.tvXankəndidə ilk toy: AYB-nin üzvü evlənir - Foto ( 11193142)