ABŞ-ın Texas ştatında otel otağından polisə atəş açan 39 yaşlı Feliks Delarosa robot polisin gözyaşardıcı qazla müdaxiləsindən sonra yaxalanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, robot polis ABŞ-da sürprizə səbəb olub. Texas ştatının Lubbock şəhərində şərti azadlığı pozduğuna görə həbs qərarı olan 39 yaşlı Feliks Delarosa onun üçün otelə gələn polisə atəş açıb. Komandalar qarşıdurma səbəbilə Delarosanın qaldığı otağın önünə robot polis göndərərkən 39 yaşlı təcavüzkar robotun üzərinə çarşaf atıb. Çarşafdan azad olan robot polis Delarozanı otağa gözyaşardıcı qaz ataraq zərərsizləşdirib.
Qeydə alınan görüntülərdə qazdan təsirlənən Delarosanın otağın pəncərəsindən sürünərək çölə çıxdığı görülüb. Şübhəlinin otaqdan çıxdığını anlayan robot polis Delarozanın üstünə tullanıb və onun qaçmasına mane olub. Robot tərəfindən tutulan Delarosa hadisə yerinə gələn qruplar tərəfindən yaxalanıb.
Delarosa 2017-ci ildə nəzarət edilən maddənin istehsalı və çatdırılmasına görə 20 il həbs cəzasına məhkum edilib. Dövlət həbsxana sənədlərinə görə, Delarosa 2022-ci ilin aprelində həbsxanadan şərti azad edilib.