AZ

Ermənistandan daha bir HƏYASIZLIQ - İndi də bunu tələb edir

İşğal dövründə Azərbaycana qarşı saysız və ağlasığmaz bəşəri cinayətlər törətmiş, böyük ziyanlar vurmuş, o sırada ərazimizi minalarla çirkləndirmiş Ermənistan ölkəmizdən həyasızcasına, utanıb-qızarmadan hansısa təzminat almağı xəyal edir. Bu da növbəti fakt. “Artsax ermənilərinin hüquqlarının pozulmasına görə kompensasiya alınması onların geri qaytarılma hüququnun həyata keçirilməsi imkanını heç də istisna etmir.Əksinə, bu hüquqlar bir-birini tamamlayır”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir cəfəngiyatı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan dilə gətirib. “Bu barədə danışmaq hələ tezdir, lakin müvafiq mərhələdə Azərbaycana qarşı kompensasiya tələbi formalaşdırılacaq və hesablamalar aparılacaq”, - Kirtakosyan sayıqlayıb. Onun iddiasına görə, hüquqi mənada Ermənistan vətəndaşlığı əldə edilməsi ermənilərin Qarabağa geri qayıtmaq hüququnun həyata keçirilməsini mümkünsüz etmir. “Ola bilsin ki, vətəndaşlıq verilməsi məcburi köçkünlərin fərqləndirilməsi məsələsini gündəmə gətirə bilər, lakin bu insanları müəyyən etmək çox asandır və vətəndaşlıqdan asılı olmayaraq geri qayıtmaq hüququ mümkündür”.Erməni mediası həmçinin yazıb ki, guya 17 noyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin Qarabağa geri qaytarılma hüququnu müəyyən edən müvəqqəti qərar qəbul edib. Guya qərarda bildirilir ki, Azərbaycan geri qayıtmaq istəyən ermənilər üçün təhlükəsiz şəraitin yaradılması üçün tədbirlər görməyə borcludur. Bu erməni iti nə sərsəmləyir görəsən, Azərbaycan Qarabağdan könüllü köç etmiş, bir çoxunun da cinayət dosyesi olan erməniləri qeydi-şərtsiz geri qaytarıb yerbəyer etməli, üstəlik də onlara təzminat ödəməlidirmi? Doğrudan da oğru elə bağırdı ki... Bəs Azərbaycanın Ermənistana qarşı haqlı iddialarına nə vaxt baxılacaq? O sırada rəsmi Bakı işğal dövründə dəymiş zərərə görə İrəvana təzminat tələbinin həcmini müəyyən edibmi?Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini təkcə zəbt etməklə kifayətlənməyib, həm də dövlətimizə külli miqdarda maddi ziyan vurub. Tarixi-mədəni abidələrimizi, ekologiyamızı məhv edib. Yeraltı və yerüstü təbii sərvətlərimiz beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq düşmən tərəfindən talanıb İrəvana və digər xarici ölkələrə daşınıb. Şirin su hövzələri kimyəvi tullantılarla çirkləndirilib, bulaqlar qurudulub, müalicəvi əhəmiyyətli bütün məkanlar ya dağıdılıb, ya da onun məhsulları Ermənistan brendi kimi xaricə satılıb. Nadir və qiymətli meşə fondumuz məhv edilib. Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. İqtisadçılar yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1.2 - 1.3 trilyon dollara yaxın bir məbləğ olacağını düşünürlər.Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, birincisi, Ermənistan bu məsələdə böyük ehtimalla “Çıraqov qardaşları” işinə istinad edəcək. Onun sözlərinə görə, Azərbaycan bu prosesi Avropa Məhkəməsində udub: “Orada qeyd olunur ki, Ermənistan ordusu tərəfindən ərazilər işğal edildikdən sonra onlar yaşamaq hüquqlarını itiriblər. Bundan İrəvan presedent kimi istifadə edəcəksə, yanlış addım atmış olacaq. Çünki Azərbaycan başqa dövlətin ərazisini işğal etməyib. Ona görə də Azərbaycan ərazisində yaşamaq hüquqları ilə bağlı qaydalar var”. Hüquq müdafiəçisi vurğuladı ki, işğaldan sonra Qarabağa köçən ermənilərin yaşamaq və əmlak haqlarını tələb etmək haqqı yoxdur. Əgər 50-60 il əvvəl orada yaşayıblarsa və antiterror əməliyyatından sonra Qarabağdan gediblərsə qayıda bilərlər. Bunun üçün gərək Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Ona görə Ermənistan çox mənasız addım atıb və İrəvan sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün belə lazımsız bəyanatlar səsləndirir. Bu da erməni məkridir. Bütün hallarda Avropa Məhkəməsində nəticə əldə edə bilməyəcəklər, çünki arqumentləri əsaslı deyil".Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu onların yaşamaq və əmlaklarına sahiblənmək hüquqları ilə bağlı konkret şərtlər olduğunu yada saldı. Onun sözlərinə görə, əvvəla Azərbaycan möhlət verməlidir ki, bir il ərzində Xankəndidəki mülkünə qayıtmaq istəyən erməni qərar versin və vətəndaşlığı qəbul edərək həyatını burada davam etdirsin: “Bu baş vermədikdə isə dövlət həmin mülkiyyətləri milliləşdirə bilər. Onların kadastr və reyestr işi aparılmalı, həmin əmlaklar dövlətin rəfinə verilməlidir. Yəni biz uzun illər gözləyə bilmərik ki, hansısa Aşotun yaşadığı mənzil istifadəsiz qalsın. Gəlmək istəyirsə, ”Laçın" keçidinə yaxınlaşıb Ermənistan pasportunu cırıb tullasın, Azərbaycanın erməniəsilli vətəndaşı kimi Ağdərədə, yaxud Xocavənddəki evində yaşasın. Ona görə bu məsələ qaldırılmalıdır. Ermənilər qayıtmayacağı halda, dövlət bu evləri keçmiş məcburi köçkünlərə paylaya bilər".Hüquq müdafiəçisi söylədi ki, ikincisi, Ermənistan bu mövzuda imitasiya edir, ermənilərin geri qayıtmaq fikri yoxdur: “Əvvəla, qalmaq istəsəydilər, getməzdilər. İndi gediblərsə, bir il sonra kim qayıdar? Başqa məsələ, ötən həftə Fransanın xarici işlər naziri elan etdi ki, 29 milyon avro Qarabağdan gedən ermənilər üçün ayrılacaq. Hələ USAİD və başqa fondlar da onlara maliyyə nəzərdə tutur. Bu halda, kim Qarabağa qayıdar? Sadəcə, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı piar aparır, guya ermənilər qovulub, yaşamaq hüququnu itirib, əmlakından məhrum olublar. Bunlar blefdir, qalıb yaşaya bilərdilər və ən yüksək səviyyədə təhlükəsizlik qarantiyası var idi. Hətta indi Qarabağda gedən təmir-bərpa işlərində işləyəcək, maaş alacaqdılar. O baxımdan Avropa Məhkəməsi vəsatəti təmin edə bilməz. Həmçinin, Qarabağın azərbaycanlı sakinləri də işğal dövründə dağıdılan əmlaklarına, vurulan ziyana görə fərdi qaydada Avropa Məhkəməsinə ərizə göndərə bilərlər”.

Seçilən
31
7
dia-az.info

8Mənbələr