Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Məlumata görə, su kəsintisi 23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək davam edəcək.