AZ

Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçiriləcək

05 oktyabr saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutacaq. SİA-ya verilən məlumata görə, Xalq artisti konsert zamanı Səid Rüstəmovun "Oxu gözəl", Nəriman Əzimovun "Gözəl Gəncəm", Habil Əliyevin "İlk məhəbbətim", Adil Bayramovun "Ceyran", xalq mahnısı "Qaragilə", Rahib Şirinovun "Azərbaycan" və s. digər mahnıları ifa edəcək.

Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında rəqslər nümayiş etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
3
sia.az

4Mənbələr