Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu, magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədardır.
Bu səbəbdən 23 sentyabr saat 12:00-dan 24 sentyabr saat 12:00-dək Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə olacaq.