AZ

219 nömrəli məktəb bağlanır? - Rəsmi açıqlama

Heç bir səbəb göstərilmədən məktəbin bağlanacağı ilə bağlı qərar qəbul edilib, nəticədə daimi müqavilə ilə  fiziki məhdudiyyətli şagirdlərə dərs deyən müəllimlərin iş saatı azaldılıb...

News365.az-ın xəbərinə görə, paytaxtın Səbail rayonu 219 nömrəli evdə məktəbin müəllimləri iddia edirlər ki, 2020-ci ildə məktəbin bağlanması ilə bağlı qərar qəbul edildikdən sonra buraya fiziki məhdudiyəti olan şagirdlərin qəbulu dayandırılıb. Onların sözlərinə görə, bundan sonra onların iş saatları əvvəlki illərlə müqayisədə azalıb.

Müəllimlər bildirirlər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nə məktəbin hansı səbəbdən bağlanması, nə də onlara digər yerlərdə işlə təmin olunma ilə bağlı məlumat verilməyib. Onlar indi müddətsiz müqavilə ilə işlə təmin olunmalarını istəyirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər”ə bildirildi ki, 219 nömrəli evdə təhsil tam orta məktəbinin fəaliyyətinin dayandırılması ilə bağlı məsələ müzakirə olunmaqdadır.

Seçilən
83
41
news365.az

10Mənbələr