AZ

Hizbullah yüksək rütbəli zabitinin öldüyünü AÇIQLADI

Hizbullah Hərəkatı yüksək rütbəli hərbi komandirlərindən biri İbrahim Akilin İsrailin hücumu nəticəsində öldürüldüyünü bildirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İbrahim Akili İsrailin dünən Beyruta endirdiyi hava zərbələri zamanı həlak olub.

Qeyd edək ki, Akili Hizbullahın xüsusi əməliyyat sistemi və elit birliyi olan Rıdvan Qüvvələrinin komandiri kimi tanınırdı və onun mətbuatın gündəmində olmağı sevmədiyi deyilir.

O, Hizbullah tərəfindən İsrail ordusuna qarşı həyata keçirilən bir çox böyük hərbi əməliyyatların, o cümlədən 2000-ci ildə İsrailin Livandan çıxarılmasına töhfə verən müharibələrin arxasında duran adlardan biri kimi tanınır.

Vasif

Seçilən
25
redaktor.az

1Mənbələr