ATV-nin məşhur siması Günay Firudinqızı yeni mövsümdə fəaliyyətini MTV-də davam etdirəcək.
Yenicag.az-a açıqlama verən aparıcı yeni layihəsi barədə danışıb:
““Geriyə baxanda” layihəm artıq MTV-də davam edəcək. Mənə uğur gətirən, sevilən bir veriliş olduğundan bu layihənin davam etməsini arzulayanlar hədən artıq çox idi. Hətta dayanmasına baxmayaraq, hələ də sosial platformalarda bu verilişi paylaşırlar, təkrarlarını yenidən izləyirlər. Bu, məni bir aparıcı olaraq qürurlandırır. Bu layihədə qonaq olan və daimi izləyicilərim olduqlarını deyən millət vəkilləri, ictimai-siyasi xadimlər, cəmiyyətdə nüfuzu olan şəxslər mənə zənglər edib verilişin yenidən davam etməsini istəyirdilər. Bir qədər kövrəldim də, çünki bu verilişdə əfsanələr iştirak edib. Onların bəziləri bu gün həyatda yoxdur. Artıq əfsanələr yenidən qayıdır. Telefonum susmur, o qədər zənglər gəlib, o qədər mesajlar yazırlar ki… Hər kəs məni təbrik edir, yeni layihəmə görə çox sevinclidirlər. İzləyicilərimin belə sadiq olmaları və xoş sözlər məni çox duyğulandırdı. Hər birisinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm.
İnanıram ki, geriyə baxanda yenə maraqlı, yaxşı mənada səs-küylü və sevilən bir veriliş kimi tamaşaçı sevgisini qazanacaq”.
Fotoları təqdim edirik:
Cəvahir