AZ

Şəmkirdə qanunsuz inşa olunan tikililər sökülüb

Bakı, TurkicWorld

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədəTurkicWorld -ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun "Ağ dağlar" və "Kraz yolu" adlanan ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Seçilən
85
49
turkic.world

10Mənbələr