Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumən 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu, dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyevdir.
Faktlarla bağlı araşdırma aparılır. vakansiya
Telegram kanalımız