AZ

ABŞ Gürcüstanın hakim partiyasının yaradıcısına qarşı - KİV

ABŞ Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.

Ölkə.Az xəbər verir ki, bu barədə "VOA"nın gürcü xidməti yüksək rütbəli amerikalı məmurlara istinadən yazır.

Qeyd olunur ki, sanksiyalar paketi üzərində iş ABŞ-nin Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən aparılacaq.

Mənbələrin bildirdiyinə görə, sanksiyaların əsasını prezident Baydenin 2021-ci il aprelin 15-də verdiyi “Rusiyanın maraqları naminə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqi üçün hüquqi əsasları” müəyyən edən 14024 saylı İcra Sərəncamı təşkil edir.

Məhdudiyyətlərin tətbiqinin dəqiq tarixi hələ məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
olke.az

2Mənbələr