AZ

ABŞ-də İlon Maska qarşı sanksiya tətbiq oluna bilər

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası amerikalı sahibkar İlon Maskı onun X sosial şəbəkəsini alması ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün məhkəməyə gəlmədiyinə görə sanksiyalarla hədələyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə məhkəmə sənədlərindən məlum olub.

Məhkəmədən bildirilib ki, sahibkar və komissiya nümayəndələri onun sentyabrın 10-da Los-Ancelesdə ifadə verməsi ilə bağlı razılığa gəliblər. Amma dinləmədən üç saat əvvəl Maskın vəkili bildirib ki, sahibkar SpaceX raket buraxılışına getməyə məcbur olub.

“Maskın əsaslandırmasının özü oyuna bənzəyir. SpaceX artıq buraxılışı iki gün əvvəl çərşənbə axşamı səhərə planlaşdırdığını elan etmişdi. Şirkətin baş texnoloji direktoru kimi Musk, şübhəsiz ki, bunu öncədən bilirdi ki, buraxılış onun Qiymətli Kağızlar və Birjalar Komissiyasına cavab verəcəyi vaxta düşür”, - telekanal komissiyanın sözlərindən sitat gətirir.

Onu da qeyd edək ki, İlon Mask prezidentliyə namizəd Donald Trampın qatı tərəfdarlarından biridir, o, prezident seçiləcəyi təqdirdə milyarder sahibkar onu administrasiyasında yüksək dövlət vəzifəsi tutacaq. Ona görə də İ.Mask Trampın seçilməsi üçün geniş təbliğat aparır. Bu səbəbdən indiki administrasiyanın hədəfinə gəlib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
musavat.com

1Mənbələr