AZ

"İsrail İranda əməliyyat keçirib, SEPAH zabitləri öldürülüb" - Teleaparıcıdan etiraf

İranın “Əsr” telekanalının “Meydan” verilişinin aparıcısı Vəhid Xəzzab bildirib ki, ötən ay İsrail qüvvələri İran ərazisində gizli əməliyyat keçirib, bir sıra sənədləri oğurlayıb, bəzi mərkəzlərdə təxribat törədib və iki SEPAH zabitini öldürüblər.

O, efirdə bu məlumatları yüksək rütbəli təhlükəsizlik rəsmisi olan dostundan aldığını açıqlayıb.

Aparıcının sözlərinə görə, avqustun 29-da İsfahanda SEPAH-a bağlı zavodda baş verən partlayış nəticəsində biri polkovnik olmaqla Muxtar Mürşidi və Müctəba Nəzəri adlı iki SEPAH zabiti qətlə yetirilib.

“Hökmət rəsmiləri bu barədə heç bir açıqlama vermirlər və beləliklə kimsənin baş verənlərdən xəbərdar olmasını istəmirlər”, - deyə, Vəhid Xəzzab əlavə edib.

O, qeyd edib ki, İran hökuməti SEPAH zabitlərinin ölümünə səbəb kimi qaz sızmasını göstəriblər.

"AzPolitika.info" 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
azpolitika.info

3Mənbələr