AZ

Dünyanın sonu üçün geri sayım: Təhlükə gözlənilməz yerdən gələcək - Tarix verildi

İngilis astrofizik Stiven Hokinqin fikrincə, dünya öz sonunu 2800-cü illərdə yaşayacaq. Elm adamına görə, nə yadplanetlilər, nə də süni intellekt dünyanın sonunu gətirəcək.
 
Hokinqin nəzəriyyəsi 4 əsas elementdən ibarətdir. Dünyanın sonuna səbəb olacaq ilk amil iqlim dəyişikliyi olacaq. Bu dövrdə dünyanın müxtəlif yerlərində eyni vaxtda daşqınlar və quraqlıqlar baş verəcək. 2800-cü illərin əvvəllərində quraqlıq və daşqınlar nəticəsində dünyada böyük müharibələr başlayacaq. Artan köç və müharibələr həyatın sonunu gətirəcək.
 
Yadplanetlilərin işğalı
 
Dünyanın sonu ilə bağlı ən fantastik nəzəriyyə bəlkə də yadplanetlilərin Yer kürəsinə hücumu ilə bağlıdır. Hələlik bu və buna bənzər digər iddialar əsasən elmi fantastika filmləri və ədəbiyyatın məhsuludur və elmi reallıqla çox az əlaqəsi var. Əslində, kosmosdan gələ biləcək son təhlükə bəlkə də yadplanetlilərin hücumudur.
 
Günəşin ölümü
 
Günəş Yer üzündə həyat üçün ən əsas tələblərdən biridir. Başqa sözlə, dünya varlığını Günəşə borcludur. Buna baxmayaraq, həyat mənbəyi olan Günəş həm də dünyanın sonu ola bilər. Günəşdə “günəş ləkələri” adlanan bəzi formasiyalar var. Bu ləkələr Günəşin səthi orta temperaturdan daha soyuq olduqda baş verir.
 
Günəş ləkələrinin yaratdığı partlayışlar əslində hər il müntəzəm olaraq Yer kürəsinə müəyyən qədər ziyan vurur. Təxminən hər 11 ildən bir baş verdiyi güman edilən Günəş partlayışlarının təsiri xoşbəxtlikdən bu gün önəmsizdir. Bu partlayışlar nəticəsində yaranan radiasiya plazmalarının qarşısı Yerin maqnitosferi tərəfindən böyük ölçüdə alınır. Amma daha böyükmiqyaslı partlayışlar dünyanın sonunu gətirə bilər.
 
Kosmosun dərinliyindən gələcək təhlükə
 
Fəlakət nəzəriyyələri arasında elmi reallığa malik ən məşhur nəzəriyyələrdən biri meteorit zərbəsidir. Dünya əvvəllər dəfələrlə kosmosdan gələn fəlakətlərlə qarşılaşıb. Bu fəlakətlərin əsas oyunçuları əsasən meteoritlər olub. İnsanlar öz varlıqlarını həm də meteorit zərbələrinə borcludur.
 
Dinozavrları məhv edəcək qədər böyük bir meteorit zərbəsi insanlara təkamül etməyə imkan vermişdi. Bundan sonra da dünyanın buna bənzər olaylarla qarşılaşması son dərəcə mümkündür. Ancaq yaxın gələcəkdə dünyanı təhdid edəcək qədər böyük bir meteoritin nəinki Yerə çırpılacağı, hətta onun orbitinə belə girməyəcəyi düşünülür. Bu ehtimal bir gün baş versə, bu, dünyanın sonu olacaq.
 
Qara dəliklər
 
Kvant nəzəriyyəsinin ən sirli elementləri, şübhəsiz ki, qara dəliklərdir. Qara dəlikləri bu qədər sirli edən təkcə bu uducu formasiyalar haqda çox az şey bildiyimiz üçün deyil. Həmçinin Qara dəliklər işığı əks etdirmə xüsusiyyətləri kifayət qədər aşağı olduğu üçün həmişə müşahidə olunmur. Əgər Yer kürəsi və ya Günəş sisteminin yaxınlığında bir yerdə Qara dəlik varsa və biz onu hələ müşahidə edə bilməmişiksə, Günəş sistemi ilə birlikdə bizim də sonumuz tez gələ bilər.
 
Nüvə müharibəsi
 
Nüvə müharibələri bu gün ən məşhur son nəzəriyyələrdən biridir. Belə nəzəriyyələrinin populyarlaşması dünyadakı siyasi gərginliyin nəticəsidir. Xüsusilə Soyuq Müharibə dünyada siyasi gərginliyin ən yüksək səviyyədə olduğu dövr idi. Soyuq Müharibə bitsə də Pakistan, Rusiya, Hindistan, Şimali Koreya, ABŞ və Avropa Birliyi ölkələrinin əllərində olan nüvə silahları canlı həyatı tamamilə yox edə biləcək bir riskdir.
 
Elmi təcrübələr və pandemiyalar
 
Fəlakət nəzəriyyələri təkcə təbiət və kainatın dünyaya təsiri nəticəsində baş verə biləcək mümkün sonları əhatə etmir. Müharibələr və ya nüvə silahları səbəbindən öz sonumuzu gətirmək mümkün olduğu kimi, elmi təcrübələr və pandemiyalar da hər şeyi bir anda məhv edə bilər. Xüsusilə son zamanlar öz təsirini göstərən və bütün dünyanı dərindən sarsıdan COVID-19 pandemiyası bu durumla bağlı ən son nümunədir. Koronavirusdan daha güclü və ölümcül bir mikroorqanizm bəşəriyyətin sonunu gətirmək gücünə malikdir. /Teleqraf.com/
 
Seçilən
14
50
moderator.az

10Mənbələr