AZ

Azərbaycana idxal edilən düyü bahalaşıb

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub.

Trend Dövlət GömrükKomitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötənilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7092ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollarçoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1tonun orta idxal qiyməti 16.3% artaraq 1039.6 dollara bərabər olub.Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkiledib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında düyü idxalıAzərbaycanın ümumi idxalının 0.39%-nə bərabər olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
7
az.trend.az

8Mənbələr