“Rusiya ilə sülhə dair referendum Volodimir Zelenskiyə Ukrayna ərazilərin bir hissəsinin itirilməsinin məsuliyyətini əhalinin üzərinə atmasına kömək etməyəcək”.
Bizim.Media “Qlavnoe.ru” ya istinadən xəbər verir ki, bu sözləri Xerson vilayətinin qubernatoru Vladimir Saldo yerli mətbuata açıqlamasında bildirib.
Saldonun sözlərinə görə, Ukrayna Qərbin təbliğatı nəticəsində “zombi dövlət”ə çevrilib:
“İndi böyük çətinliklə qəbul ediləcək proseslər qaçılmazdır. Artıq Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi məsələsi gündəmə gəlir. Bu məsələdə referendumun Zelenskiyə kömək etməsi ehtimalı azdır. Amma Xarkov, Dnepropetrovsk, Nikolaev və Odessanın Rusiyaya birləşdirilməsi daha real görünür” .
Nəzərə alaq ki, bundan əvvəl Kiyevin meri Vitali Kliçko da bildirib ki, sülhə nail olmaq üçün Ukrayna hakimiyyətinə referendum lazım ola bilər.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta