Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qarşıdan gələn 79-cu sessiyasında iştirak etmək üçün Nyu Yorka gedib.

Leqal.info xəbər verir ki, bu barədə “Wafa” məlumat yayıb.

Prezident Abbasın sentyabrın 26-da BMT Baş Assambleyasında çıxışı planlaşdırılır.

Məlumatda qeyd olunub ki, səfər zamanı o, Fələstindəki son hadisələri müzakirə etmək üçün bir sıra dünya liderləri ilə görüşməyi planlaşdırır.

Leqal.info