Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə – 2024” təlimləri başlayıb.
Bu barədə KONKRET.az “İnterfaks”a istinadən xəbər verir.
Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən ibarət dəstə artıq təlimlər keçirmək üçün Vladivostokdan dənizə çıxıblar.
Rusiya tərəfdən təlimlərdə sualtı qayıq əleyhinə “Admiral Panteleyev” və “Admiral Tributs” iri gəmilər, “MPK-82” və “MPK-107” sualtı qayıq əleyhinə kiçik gəmilər, həmçinin “Smerç” kiçik raket gəmisi, Çin tərəfdən isə “Xining” və “Wuxi” esminesləri, “Lin Yi” freqatı və “Taihu” kompleks təchizat gəmisi iştirak edəcək.
“Bir həftə ərzində Yapon dənizində gəmilərdən ibarət birgə dəstə qorunmayan vəziyyətdə sahildə yerləşməklə şərti düşmənin havadan, sudan və su altından hücumunu dəf etməyi, birgə manevr və müdafiəni məşq edəcək”, – məlumatda deyilir.