AZ

Bu ştatlarda seçki qutuları qoyulub - ABŞ-də erkən səsvermə BAŞLADI

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış bəzi ştatlarda seçicilər səs verməyə başlayıb. 


Sfera.az xəbər verir ki, Minnesota, Virciniya və Cənubi Dakota ştatlarında seçkilərdə səsverməyə imkan yaradılıb. 


Seçki günü məntəqələrə gedə bilməyən və ya izdihamdan yayınmaq istəyən minlərlə seçici məntəqəyə gələrək səs verməyə başlayıb. 


Digər ştatlar da oktyabrda erkən seçkilər üçün seçki qutularını açacaq.  


Əvvəlki seçkilərin təcrübəsi göstərir ki, erkən səsvermədə səslərin çoxu adətən demokratların namizədinə gedir. Buna görə də respublikaçıların namizədi Donald Tramp erkən səsvermənin əleyhinə idi. Lakin son vaxtlar Tramp da erkən səsverməyə qarşı olmadığını bəyan edib. 


Qeyd edək ki, ABŞ-nin bəzi ərazilərində hava şəraiti və digər amillərlə əlaqədar insanlar səsvermədə iştirak etmir. Seçkiyə daha çox insanın cəlb edilməsi üçün həmin ərazilərdə erkən səsvermə imkanı yaradılır. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sfera.az

1Mənbələr