AZ

Rektor: Qarabağ Universitetində yeni ixtisaslar və fakültələr yaradılacaq

Qarabağ Universitetində yeni ixtisaslar və fakültələrin yaradılması nəzərdə tutulur.

Demokrat.az xəbər verir ki, bunu “Report”un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi dövlət başçısının onların qarşısında qoyduğu vəzifələrin icrası üçün maksimum səy göstərəcək:

“İlk tədris ili üçün universitetə 1154 tələbə qəbul olunub. Hazırda universitetin 160 əməkdaşı var. Açılış mərasimində dövlət başçısı doğma Qarabağla bağlı mühüm mesajlar verdi və bizim qarşımızda müəyyən vəzifələr qoydu. Biz də bu vəzifələrdən irəli gələrək, növbəti mərhələlərdə həmin tapşırıqdan irəli gələn vəzifələri yerinə yetirmək əzmindəyik”.

Ş.Bayramov universitetə qəbul olan tələbələrin yüksək potensiala malik olduqlarını vurğulayıb:

“Tələbələrimizin potensialı çox yüksəkdir. Çünki Qarabağ Universitetinə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr qəbul olub. Növbəti mərhələdə universitetimizdə yeni ixtisaslar və fakültələrin yaradılması ilə bağlı tapşırıqlar almışıq. Ümumiyyətlə, universitetin başlıca fəaliyyətinin tədqiqat əsaslı olması hədəflənib.

Növbəti tədris ilində universitetimizdə yeni məzmunda tibb fakültəsinin yaradılması da cənab Prezidentin tapşırığına daxildir. Qeyd etmək yerinə düşər ki, Qarabağ Universiteti müasir dövrün gənclərini Heydər Əliyev ideyalarına sadiq bir vətəndaş kimi yetişdirməyi nəzərdə tutur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
14
demokrat.az

10Mənbələr