AZ

Xəzər dənizinin Azərbaycana mənsub ərazisində qaçaqmal aşkarlanıb

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb.


Dövlət Sərhəd Хidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, DSX-nin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dövlət sərhədinin mühafizəsi, bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz boru kəmərlərinin, platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə dаvаm еtdirilir.

Sentyabrın 18-də Sahil Mühafizəsinin sərhəd gəmiləri, sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin mərkəzi istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə külli miqdarda tütün məmulatının keçirilməsinin qarşısı alınıb.

Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan müasir gecəgörmə, müşahidə sistemləri ilə təchiz edilmiş sərhəd gəmiləri tərəfindən aparılan axtarış tədbirləri və sahil xəttinin qapadılması nəticəsində 3 ədəd “Yamaha-250” mühərriki ilə təchiz edilən bayda tipli sürətli üzmə vasitəsi və suyun üzərində olan 117 ədəd şübhəli bağlama müəyyən olunub.

Üzmə vasitəsinə və bağlamalara baxış zamanı dəyəri təqribən 300 min manat məbləğində aksiz markasız 146 min 790 qutu tütün məmulatı aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
10
28
ekologiya.az

10Mənbələr