AZ

Sumqayıtda quldur dəstəsi Həps edildi

Sumqayıtda soyğunçuluqda və oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Avropa .info DİN-ə istinadla xəbər verir ki, 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda, müxtəlif vaxtlarda isə şəhər ərazisində 4 evdən ümumən 6700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu, dəfələrlə məhkum olunmuşlar – 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyevdir.
Faktlarla bağlı araşdırma aparılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
23
avropa.info

10Mənbələr