AZ

Şəmkirdə qanunsuz tikililər sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə AYNA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun “Ağ dağlar” və “Kraz yolu” adlanan ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
49
ayna.az

10Mənbələr