AZ

Ehtiram Quliyev ya "Turan"dan xəbərsizdir, ya adamlarını idarə edə bilmir, ya da…

«Turan Tovuz»un əsas komandasında və akademiyada çalışan məşqçilər arasında futbol matçı keçirilib. Kurban Berdiyevin yardımçılarının və bəzi klub əməkdaşlarının da iştirakçısı olduğu qarşılaşma söz-söhbətsiz ötüşməyib. Akademiyanın yeni direktoru Elta Aslanov özündən «fokus» çıxarıb. O, rəhbərliyi altında işləyən Elxan Abdıyevlə Seymur Həsənovu oyundan kənarda saxlayıb.
Səbəbini biz deyək, siz də eşidin. Demə, «Turan»ın səlahiyyətli şəxsləri, habelə Aslanov yatıb yuxuda görüb ki, klubda yaşanan neqativ hadisələri «Sportinfo»ya Abdıyevlə Həsənov ötürür.
Gülməyəsən, neyləyəsən..? İstəsələr, araşdıra bilərlər - həmin şəxslərin redaksiyamızla heç bir əlaqəsi yoxdur. Nə yaxından, nə də uzaqdan. Bu, onlara atılan böhtandır, şərdir, haqlarına girməkdir. Dildə yüz söz deməyə nə var, görünür, Ehtiram Quliyev Allahdan da qorxmur. Əgər içində belə bir qorxu olsaydı, «quru» maaşa baxan məşqçilərin bu cür gözümçıxdıya salınmasına imkan verməzdi.
«Turan»dan informasiya əldə etməyə gəlincə, burada nə çətin iş var ki? Klubda saytımıza hörmət və ehtiram bəsləyən kifayət qədər şəxs çalışır. Redaksiyamıza Tovuzdan gündə azı 5-10 zəng gəlir. Əlaqə saxlayanlar problemləri, baş verən hadisələri yana-yana bizə nəql edirlər. Ad açıqlamalı olsaq, gərək hörmətli Ehtiram bəy «Turan»ın ştat cədvəlinin yarısını boşaltsın. Biz isə qətiyyən bunu istəmirik. Nəyə görə bir tikə çörəklərindən, tutduqları vəzifədən olsunlar ki? Açığını bilmək istəyirsizsə, özümüz həmin şəxslərdən xahiş etmişik ki, «Sportinfo» barədə başqalarının yanında heç nə danışmasınlar. Hətta kimsə saytımızın işini tənqid etsə belə, ona reaksiya verməsinlər, sakit qalsınlar. Çünki
«Turan»a aid xəbərlər kifayət qədər çoxdur, əksəriyyəti də neqativ yöndə. Özümüz də proseslərin gedişindən narahatıq və düşünürük: Ehtiram Quliyev klubu idarə etməyə buqədərmi çətinlik çəkir?

SPORTİNFO.AZ

Seçilən
59
sportinfo.az

1Mənbələr