AZ

Sevgilisi oğlanın özünü asacağını öncədən bilirmiş: ailəsinə intihar yerini də o deyib

Hacıqabulda özünü asaraq həyatına son verən gəncin intiharı ilə bağlı bəzi detallar məlum olub.

Publika.az xəbər verir ki, onun asılmış meyitinin yerini sevdiyi qız söyləyib.

Belə ki, günlərdir axtarılan Sultan Babayevin ailəsi həmin qıza zəng edərək oğullarının yerini soruşublar.

Məlum olub ki, S.Babayev sevdiyi qıza öncədən özünü hansı ağacdan asacağını deyibmiş.

Onun ailə üzvləri və yaxınları meşəlik əraziyə gedərək həmin ağacdan S.Babayevin cansız bədənini tapıblar.

Seçilən
52
12
publika.az

2Mənbələr