Hacıqabulda özünü asaraq həyatına son verən gəncin intiharı ilə bağlı bəzi detallar məlum olub.
Publika.az xəbər verir ki, onun asılmış meyitinin yerini sevdiyi qız söyləyib.
Belə ki, günlərdir axtarılan Sultan Babayevin ailəsi həmin qıza zəng edərək oğullarının yerini soruşublar.
Məlum olub ki, S.Babayev sevdiyi qıza öncədən özünü hansı ağacdan asacağını deyibmiş.
Onun ailə üzvləri və yaxınları meşəlik əraziyə gedərək həmin ağacdan S.Babayevin cansız bədənini tapıblar.
Qeyd edək ki, S.Babayev əvvəllər polis nəfəri kimi mühafizə alayında xidmət edib. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz müraciəti əsasında işdən çıxıb.
Mərhum üç bacının bir qardaşı olub.