AZ

Ziyafət Əsgərov da vitse-spiker olur

Milli Məclis sədrinin birinci müavini postuna namizəd məlum olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, parlamentin 1-ci vitse-spikeri vəzifəsinə Əli Əhmədovun namizədliyi irəli sürülüb.

Bundan başqa, Milli Məclisin müavinlərinin sayı artırılır.

Belə ki, artıq parlamentdə Naxçıvanı təmsil edən sədr müavini də olacaq. Bu posta isə Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.

İndiyədək spikerin birinci müavini və iki müavini olub.

Qeyd edək ki, Milli Məclisin yeni çağırış ilk iclası bu gün keçiriləcək.

Seçilən
12
heftelik.az

1Mənbələr