AZ

Avropa çempionatının ilk günü cüdoçularımız 4 medal qazandılar - FOTO 

Almaniyanın Potsdam şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, turnirin ilk günündə Azərbaycan yığması 4 medal qazanıb. 

60 kq çəki dərəcəsində Məhəmməd Musayev bürünc medal qazanıb. O, rumıniyali Aleksandr Mateyə qalib gəlib. Digər bürüncü Aydın Rzayev (66 kq) əldə edib.

Aleks Kasradzeni (Gürcüstan) məğlub edib. Nəriman Mirzəyev (73 kq) fəxri kürsüdə yer alıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə almaniyalı rəqibinə qalib gəlib. Qadınların yarışında Aydan Vəliyeva (52 kq) uğura imza atıb. O, yığmanın aktivinə bürünc medal yazdırıb. 






Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
601
20
bizim.media

10Mənbələr