VII çağırış Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları formalaşdırılıb.
AZXEBER.COM-un xəbərinə görə, İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
1. Cəfərov Kamal Xaqani oğlu,
2. Həsənova Afət Əbil qızı,
3. İbrahimqızı Məlahət İbrahim qızı,
4. İbrahimov Eldar Rza oğlu,
5. Qafarov Kamaləddin Nəsrəddin oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Mollazadə Asim Nazim oğlu,
10. Möhbalıyev Səttar Suliddin oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.
İntizam komissiyasının iclasında Eldar İbrahimov sədr, Asim Mollazadə isə müavin seçilib.
Parlamentin Hesablayıcı komissiyası isə aşağıdakı tərkibdə yaradılıb:
1. Həmzəyev Naqif Ələşrəf oğlu,
2. Hüseynova Sevinc Əmirəhməd qızı,
3. Quliyev Eldar Allahyar oğlu,
4. Məmmədov Soltan Teymur oğlu,
5. Muradov Rövşən Şahbaz oğlu,
6. Salmanova Səbinə Qədir qızı,
7. Zabelin Mixail Yuryeviç.
Əldə etdiyimiz məlumata görə, Hesablayıcı komissiyanın iclası keçirilib. Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə müavini seçilib.