AZ

Dəmiryolu tariflərində YENİLİK – Noyabrın 1-dən ölkədaxili qatarlarda...

ADY 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir.
 
Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
 
Onun sözlərinə görə, yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir:
 
“Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər.
 
Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır”. (Bizim.Media)
Seçilən
66
6
moderator.az

10Mənbələr