AZ

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi: “...xəbər bizi olduqca sarsıtdı“

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi: “...xəbər bizi olduqca sarsıtdı“




Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.AzFakt.com xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".




Xəbərin oxunma sayı :
67

Seçilən
51
49
azfakt.com

10Mənbələr